DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşdü, yaralı var
Bizi izləyin

Hadisə

DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşdü, yaralı var

Hadisə nəticəsində sürücü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hundai” markalı xidməti avtomobili “Mercedes” markalı maşınla toqquşub.

Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.

Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm