Hadisə
Uşaq evində işgəncə verildiyi deyilən 18 yaşlı qız HƏR ŞEYİ ETİRAF ETDİ - VİDEO
“Şəki Qarışıq Tipli Uşaq Evində məskunlaşan 18 yaşlı qızın işgəncəyə məruz qalması ilə bağlı məsələ ətrafında bu gün araşdırma apardıq. İlk video yayılanda qızın öyrədilməsini anlaşılırdı. Bugünkü görüşümüz bunu bir daha təsdiqlədi”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kamalə Ağazadə deyib: “18 yaşlı qız bu gün bizim sığınacağın koordinatoru Vasif Akifli ilə ilə söhbət zamanı hər şeyi etiraf edib. Qız Sahib Teymurovun ona pul verdiyini, ona ev alacağını, Bakıya aparacağını deyərək şirnikləndirdiyini bildirib. Bu söhbəti heç kimə deməyəcəyini bildirib. Bu uşaqlar çox fərqlidir. 18 yaşı olsa da, dünyagörüşləri fərqlidir. Düşünürlər ki, hamı onları sevir, hamının məqsədi düzlükdür. Qız bu gün texniki peşə məktəbində təhsil alır. Növbəti il təhsili yekunlaşır. Valideyn Himayəsindən məhrum olmuş uşaqlar üçün prezident sərəncamı ilə tikilən binadan ona da mənzil ayrılıb. Təhsilini başa vurmadığına görə onu Bakıya göndərə bilməzlər. Sahib Teymurov sosial şəbəkədə bizim Şəkiyə səfərimizlə bağlı da ittihamlar yazıb. Onun ittihamlarını məhkəmə yolu ilə həll edəcəyik”.
Sığınacağın koordinatoru Vasif Akifli bildirib ki, “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurovun yazdığı hər bir məlumat çox qərəzlidir. Sahib Teymurov qeyri hökumət təşkilatı adı altında hansısa xarici qrumlar tərəfindən maliyyə vəsaiti alaraq ölkədə belə uşaqlardan istifadə edərək təxribatlar həyata keçirir. Hətta onun əməlindən xəbardar olan uşaq evinin əvvəlki direktoru Xuraman xanım dünyasını dəyişib. Sahib Teymurovun ciddi psixoloji problem var. Bizdə olan məlumata görə, o, xarici dövlətlərin birindən sığınacaq almaq istəyir. Şəkidəki hadisənin araşdırmasını apardığımız bir zamanda o, başqa uşaq evinin adını hallandırır. Dəfələrlə dələduzluq, narkotik alverinə və s. əməllərinə görə həbs olunub”.
Qeyd edək ki, bir neçə gün əvvəl Şəki Qarışıq Tipli Uşaq Evində uşaqların zorakılığa məruz qalmaları, döyülmələri barədə video yayılmışdı. 18 yaşlı Aysel adlı qızın bu barədə danışıqlarını Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov yaymışdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Gülxar
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı