Tovuz sakininə ad günü "həddiyə"si - DÖYÜLDÜ
Bizi izləyin

Hadisə

Tovuz sakininə ad günü "həddiyə"si - DÖYÜLDÜ

O, tanışları tərəfindən ad günü məclisində döyülüb.

Tovuzda döyülmə faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, rayonun Düzqırığlı kənd sakini, 1991-ci il təvəllüdlü Əli Seyidov müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Ə.Seyidovun dediyinə görə, o, tanışları tərəfindən ad günü məclisində döyülüb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm