Hadisə
Arvadı ilə barışmağa getdi - Qızın qohumları döydü - VİDEO
Şəmkirdə keçmiş həyat yoldaşı ilə barışmaq istəyən gənc gözləmədiyi hadisə ilə qarşılaşıb. Gənc qadının yaxınları onu döyüb.
Publika.az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Şəmkirin Dəllər-Cəyir kəndində baş verib. Yardımlı sakini, 20 yaşlı Əliqismət Şəkərov 1 il əvvəl Dəllər-Cəyir kənd sakini, 17 yaşlı Mətanət Bayramovanı qaçırıb. Bir müddət sonra isə onlar ayrılıblar və qız ata evinə qayıdıb. Ötən gün oğlan yenidən qayınatasıgilin evinə gedib. Ancaq keçmiş həyat yoldaşını evinə qaytarmaq üçün içəri damdan girən Əliqismət Şəkərov buna müvəffəq olmayıb. Qızın ailə üzvləri qonşuların köməkliyi ilə onun bu istəyinə mane olublar.
Qızın ailə üzvlərinin və qonşuların sözlərinə görə, Əliqismət Şəkərov qeyri-rəsmi nikahda yaşadığı Mətanətə mütəmadi olaraq işgəncələr verib. Hətta döyülmə nəticəsində qadın bətnindəki uşağı da itirib. Bu səbəbdən də qız öz istəyi ilə atası evinə qaytarılıb. Elə o vaxtdan da Əliqismət həyat yoldaşının ailəsini hədələməyə başlayıb. Onlara hədələyici mesajlar göndərərək evlərini yandıracağı ilə qorxudub. Qızın toy şəkillərinin arxasına təhqiramiz sözlər yazaraq kəndin çayxanasında stolların üstünə düzüb. Hətta bir neçə dəfə qayınatasıgilin evinə gələrək dava da salıb.
Əcəbnaz Bayramovanın sözlərinə görə, cəmi 20 yaşı olan Əliqismət Şəkərov qızından ayrıldıqdan sonra iki dəfə ailə həyatı qurub. Keçmiş kürəkənin törətdiyi əməllər barədə Şəmkir polisinə də müraciət edilib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?