Azərbaycanlı sürücü müştərini aeroportdan otelə 850 dollara apardı - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanlı sürücü müştərini aeroportdan otelə 850 dollara apardı - VİDEO

Rusiyada keçirilən Konfederasiyalar Kuboku ilə bağlı Rusiyaya gələn çilili jurnalistin başına qeyri-adi olay gəlib.

Jurnalist Dieqo Saes Miranda hava limanından çıxdıqdan sonar taksi saxlayıb və onu qalacağı otelə aparmasını istəyib. Otelə çatanda sürücü gedişhaqqı kimi jurnalistdən 50 min rubl (təxminən 850 dollar) alıb. Daha sonra aldadıldığını başa düşən Miranda polisə müraciət edib.

Sürücü tutulub və o, pulu geri qaytarıb. Dindirilmə zamanı onun azərbaycanlı olduğu məlum olub.

“Mən 5 min rubl dedim, o, 50 min verdi. Elə sandım ki, bəxşiş verir” - deyə azərbaycanlı sürücü qeyd edib.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm