Hadisə
Polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas etdi - - FOTO/VİDEO
Abşeronda iki nəfər bıçaqlanıb, polis əməkdaşları onları ölümdən xilas edib.
"Report"un xəbərinə görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Sadıqov Vasif Tofiq oğlu və 1996-cı il təvəllüdlü Zeynallı Əfqan Rəcəb oğlu qəsəbədə yerləşən marketlərdən birinin qarşısında tanıdıqları şəxslə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib.
Hadisə zamanı hər ikisi bir neçə bıçaq xəsarəti alaraq avtomobil yolunun kənarına yıxılıb. Onlar çoxlu qan itiriblər. Yoldan keçən Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi üzrə fəaliyyət göstərən Polis Patrul Xidmətinin əməkdaşları təcili yardım avtomobilinin gec gələcəyini nəzərə alaraq hər iki yaralını xidməti avtomobil ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.
Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı