Su basan evdən 2 azyaşlı belə xilas edildi - VİDEO
Bizi izləyin

Hadisə

Su basan evdən 2 azyaşlı belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində 2 azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.

Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm