Hadisə
Meşədə narkotik plantasiyası salan şəxs tutulub
Ağdaş rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, rayonun Ağzıbir kənd sakini, 1975-ci il təvəllüdlü Şahmuradov Cabir Hidayət oğlunun yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri zamanı Cabir Şahmuradov meşə
ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə
kollarına qulluq edərkən iş başında yaxalanıb. Əraziyə baxış zamanı
oradan hündürlüyü 2 metr, sayı 260 ədəd və çəkisi 423 kiloqram olan
çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən
çıxararaq maddi sübut kimi götürüblər. O, çətənə toxumlarını
tapdığını və meşə sahəsinin ortasındakı boş ərazini kol-kosdan
təmizləyərək orada narkotik plantasiyası saldığını etiraf edib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi
açılıb, araşdırma aparılır.
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO