Hadisə
Abşeron İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu - (YENİLƏNDİ)
Abşeronda icra hakimiyyətinin nümayəndələrinə atəş açan şəxs saxlanılıb.
Publika.az-a DİN-in saytına istinadən xəbər verir ki, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsində Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E. Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.
Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
***
Abşeron rayonunda silahlı insident baş verib.
Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.
Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (report)
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO