Kürdəmir sakinini ilan sancdı
Bizi izləyin

Hadisə

Kürdəmir sakinini ilan sancdı

Kürdəmir sakinini ilan sancıb.

Publika.az xəbər verir ki, hadisə bu gün rayonun Karrar kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Eldar Asim oğlu Cəbrayılovu həyətdə təsərrüfat işləri ilə məşğul olarkən ilan sol ayaq nahiyəsindən sancıb.

Zərərçəkən təcili olaraq, Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, ağır vəziyyətdə xəstəxanaya gətirilən E. Cəbrayılovun vəziyyəti hal - hazırda sabitdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm