Hadisə
DİN Ağcabədidə əməliyyat keçirdi
Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Məlumatın yoxlanılması məqsədilə yaradılan əməliyyat qrupu şəhər sakini Novruz Abdullayevin yaşadığı ünvana gəlib. Həmin evdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyətdə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, həmçinin külli miqdarda qurudulmuş halda olan narkotik vasitə aşkar edilib. Götürülmüş narkotik vasitə tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunub.
Ekspertiza həmin vasitənin 5 kiloqram 825 qram marixuana olması barədə rəy verib. Faktla əlaqədar Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?