Şəmkirdə ağır yol qəzası baş verib
Bizi izləyin

Hadisə

Şəmkirdə ağır yol qəzası baş verib

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

Publika.az APA-ya istinadən bildirir ki, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini Gədəbəy rayon sakini 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Bundan başqa “Niva”nın sürücüsü, həmçinin “Mercedes”də olan 3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin – orta ağır, bir nəfərin isə normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm