Şəkidə yük maşını ağaca çırpılaraq yandı
Bizi izləyin

Hadisə

Şəkidə yük maşını ağaca çırpılaraq yandı

Şəkidə yanğınla nəticələnən yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəki şəhərində “Qazel” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm