Xızıda 27 ədəd partlamamış hərbi sursat tapıldı
Bizi izləyin

Hadisə

Xızıda 27 ədəd partlamamış hərbi sursat tapıldı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, avqustun 28-də hərbi hissənin ətrafına, 1 ferma ərazisinə, 1 əkin sahəsinə, Stalçay kənd orta məktəbinin həyətinə, dəmir yolu xəttinə, rabitə qovşağının həyətinə, 6 ev və həyətyanı sahəyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat və 15 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 320 000 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, 2 gün ərzində 320 000 kv. m (32 ha) əraziyə baxış keçirilib, 36 ədəd partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi və Stalçay kəndləri ərazisində 259 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm