Siyəzəndə iki avtomobil toqquşdu
Bizi izləyin

Hadisə

Siyəzəndə iki avtomobil toqquşdu

Siyəzən rayonunun Zarat kəndi ərazisində VAZ markalı minik avtomobili ilə “Niva” markalı minik avtomobili toqquşub.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olduqdan sonra Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Xiasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm