Hadisə
Akif Çovdarovun vəkili çıxış üçün bir ay vaxt istədi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Orxan Osmanovun vəkili müdafiə çıxışı edib.
Orxan Osmanovun müdafiəçisi müvəkkilinin günahsız olduğunu deyib. Vəkil təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Akif Çovdarov və Səlim Məmmədovun vəkilləri çıxış üçün məhkəmədən 3 həftə vaxt istəyib. Məhkəmə vəkillərin bu istəyini qəbul etməyib və onlara cəmi bir həftə vaxt verib.
Növbəti proses sentyabrın 6-da davam edəcək.
Qeyd edək ki, prokuror Akif Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanovun və Akif Əliyevin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
Nida Xəbər 11 Oktyabr 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin111 Oktyabr 20:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO