Xızıda 183 ədəd partlamamış hərbi sursat aşkarlandı
Bizi izləyin

Hadisə

Xızıda 183 ədəd partlamamış hərbi sursat aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla hərbi hissənin ətrafında, Giləzi qəsəbəsində, Sitalçay və Şurabad kəndləri ərazisində 4 evin həyətyanı sahəsinə, 2 əkin sahəsinə, 2 qəbirstanlığın yaxınlığına, ferma ərazisinə, Samur-Abşeron kanalının içərisinə və ətrafına baxış keçirib.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, 183 ədəd partlamamış hərbi sursat (PHS), 729 ədəd partlamış-yanmış raketin qalıqları, 570 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 1 298 623 kv.m (129.86 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 7 gün ərzində 11 ev, 38 evin həyətyanı sahəsinə, 5 ferma ərazisinə, 5 əkin sahəsinə, 6 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalının içərisinə və ətrafına baxış keçirilib, 9 075 477 kv. m (907.55 ha) əraziyə yoxlanılıb, 884 ədəd partlamamış hərbi sursat, 1 101 ədəd partlamış-yanmış sursat qalıqları və 1 179 kq yandırma aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm