Hadisə
Bakıda DƏHŞƏT: doğranmış kişi meyiti tapıldı
Bakıda bir neçə hissəyə bölünmüş kişi meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanıb.
Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, bu gün rayonun Hövsan qəsəbəsi ərazisindən keçən su kanalından başı, əlləri, qolları kəsilmiş kişi meyiti aşkarlanıb.
Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb. Hadisə yeri müayinə edilməklə müvafiq ekspertizalar təyin edilib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, tapılmış kişi meyiti iki hissəyə bölünmüş vəziyyətdə olub. Onun başı, əlləri və ayaqları hələ tapılmayıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent.az yayıb. (apa)
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ