Keçmiş nazir piyadanın ölümünə səbəb olan qəzadan DANIŞDI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Keçmiş nazir piyadanın ölümünə səbəb olan qəzadan DANIŞDI - (YENİLƏNDİ)

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov onun iştirakı ilə Xətai rayonunda baş verən yol-nəqliyyat hadisəsindən danışıb.

O, Publika.az-a açıqlamasında bildirib ki, onun avtomobilinin yan güzgüsünə dəyib, daha sonra digər avtomobilin altında qalan piyada yolda qəza vəziyyəti yaradıb: “Piyada rəhmətə getdi, ona görə bu haqda çox danışmaq istəmirəm. Amma həmin yol 8 zolaqlıdır və üstündən piyada keçidi keçir. Amma piyada avtobusdan düşəndən sonra yolu qaçaraq keçməyə çalışdı. Polisə ifadə verən həmin ərazidəki insanlar piyadanın içkili olduğunu deyirdilər”.

T.Züflüqarov əlavə edib ki, polis əməkdaşları ondan şahid qismində ifadə alıblar.

“Hadisə olan kimi piyadanın ölümünə səbəb olan sürücü də daxil olmaqla yolda hər kəs dayandı. Polis əməkdaşları yoxlamalar apardı. Mən sürət həddini keçməmişdim, içkili də deyildim. Mənə heç bir irad ola bilməz”, - deyə o bildirib.

***

Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.

Polis faktla bağlı araşdırma aparır.

Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb. (report)

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm