Qaxda bədbəxt hadisə
Bizi izləyin

Hadisə

Qaxda bədbəxt hadisə

Qaxda qoz ağacından yıxılan 63 yaşlı kişinin qabırğaları sınıb.

Oktyabrın 8-i axşam saatlarında rayonun Şotavar kəndində, kənd sakini 1954-cü il təvəllüdlü Qeybu Seyfu oğlu Kərimov yaşadığı evin həyətyanı sahəsində qoz yığan zaman ağacdan yıxılıb.

63 yaşlı Qeybu Kərimov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Qeybu Kərimova döş qəfəsinin sağ payınında qabırğaların sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm