Hadisə
Azərbaycanda QEYRİ-ADİ BOŞANMA: Ərindən maşın nömrəsinə görə ayrıldı
Azərbaycanda beş il evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb olub.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakin alınan avtomobilin nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub.
25 yaşlı qadınının bu istəyini əri ilk vaxtlar qeyri-ciddi qarşılayıb. Sondan məhkəməyə çağırılması onu əməlli başlı şoka salıb. O, məhkəmədə nömrəni dəyişməyə razı olduğunu desə də, qadın razılaşmayıb.
Hadisə haqda eşidən hər kəs elə qadının əri qədər şoka düşür. Boşanma səbəbinin bu qədər cılızlaşması hər kəsdə təəssüf hissi yaradır.
Sosioloqlar son zamanlar belə xırda səbəblərə görə boşanmaların artığını deyirlər. Bildirilər ki, buna səbəb insanların ailə dəyərlərinə ötəri yanaşması və gənc ailələrin hər xırda qüruru ailədən üstün tutmasıdır.
Qeyd edək ki, bu qeyri adi səbəbə görə ayrılan cütlüyün bir azyaşlı övladı da var.
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA