8 yaşlı uşaq əməliyyat zamanı öldü - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

8 yaşlı uşaq əməliyyat zamanı öldü - FOTO (YENİLƏNDİ)

M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev Publika.az-a açıqlamasında bildirib ki, Ş.Kərimovanın ölüm səbəbi narkoz deyil.

“Uşaq anadangəlmə böyrək xəstəsidir. Bu uşaqlarda az hallarda rast gəlinən xəstəlikdir. Son 4 ildə 3-4 uşaqda belə bir xəstəlik aşkarlamışıq. Bu uşaq Səhiyyə Nazirliyi tərəfindən bizim xəstəxanaya permanent katater qoyulması üçün göndərilib. Bu kateter ona görə qoyulur ki, uşaq dializ edilsin. Permanent kateteri kardiocərrahlar həyata keçirir. Bu əməliyyatı həyata keçirən həkimimiz yaxşı mütəxəssisdir. Bu vaxta qədər həmin həkim bizim mərkəzdə mindən çox xəstəyə permanent kateter qoyub”.

Y.Əliyev bildirib ki, bu cür əməliyyatlarda 5 ağırlaşma forması var, onlardan biri də ürək dayanmasıdır:

“Bu əməliyyatlarda dünya miqyasında 3-5 faiz halda ağırlaşma olur. Bu əməliyyat açıq ürək əməliyyatından risklidir. Ona görə də bizdə permanent kateter anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri həkimin gözünün qarşısında olur. Əməliyyat zamanı da uşağın ürəyi dayanıb. Bu qəfildən baş verib və bu cür əməliyyatlarda gözlənilən risk idi. Bu barədə xəstənin ailəsinə məlumat verilib. Valideynləri də riski bilərək əməliyyata razılıq veriblər”.

***

Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

Hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.

Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm