Qaxdakı yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qaxdakı yanğın söndürüldü - YENİLƏNDİ

Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın söndürülüb.

Publika.az xəbər verir ki, bu barədə report-a Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.

Publika.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm