Hacıqabulda 60 yaşlı piyadanı maşın vurdu
Bizi izləyin

Hadisə

Hacıqabulda 60 yaşlı piyadanı maşın vurdu

Hacıqabulda 60 yaşlı qadını avtomobil vurub.

Publika.az xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Mercedes" markalı minik maşını magistral yolun digər tərəfinə keçmək istəyən Saatlı rayonunun Qaranuru kənd sakini, 1957-ci il təvəllüdlü Bədəlova Gültac Məmmədhüseyn qızını vurub. Nəticədə başından xəsarət alan qadın Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm