Gəncədə 27 yaşlı kişi bıçaqlandı
Bizi izləyin

Hadisə

Gəncədə 27 yaşlı kişi bıçaqlandı

Gəncədə yerli sakin bıçaqlanıb.

"Report"un məlumatına görə, Gəncə şəhər sakini 27 yaşlı Asif Bəxtiyar oğlu Hüseynov kürək nahiyəsindən daxilə keçən bıçaq yarası alaraq ağır halda xəstəxanaya aparılıb. Həkimlər tərəfindən əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Yaxınları onun yaşadığı evdə yıxılaraq xəsarət aldığını bildirib. Lakin fakt hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm