Hadisə
Gömrükçülər 46 min aksiz markasız siqaret və 15 mobil telefon aşkarladı - FOTO/VİDEO
Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.
Komitədən Publika.az-a verilən məlumata görə, Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Məhəmməd Məmmədov Yasin oğlunun idarə etdiyi "HYUNDAI AF-47432A" markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.
Tovuz Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasıyla markalanmayan cəmi 46.200 ədəd - "Marlboro Gold edge", "Parliament Silver blue", "Parliament Aqua blue", "Parliament Carat" və "Sobranie Super Slims" adlı siqaretlər aşkar edilib.
Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə 9 ədəd "Samsung Galaxy J5 (6)" və 6 ədəd "Samsung Galaxy J5 prime" markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin123:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis həmkarlarını güllələdi - VİDEO
-
Sosial23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin123:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər