Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN: 2 polis, 3 azyaşlı zəhərləndi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN: 2 polis, 3 azyaşlı zəhərləndi - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi Nəsimi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində tikilimiş emalatxana və içərisində olan əşyalar 10 m2 sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

***

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.

Publika.az APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanındayerləşən binanın girişindəki mağazada yanğın olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı və 3 azyaşlı tüstüdən zəhərlənib.

Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm