Hadisə
Gömrükçülər İrandan Azərbaycana gətirilən güclü təsiredici maddə aşkarladı
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb.
Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaşın əl yükləri rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə olunub. Həmin yüklərə təkrar yoxlama zamanı, istehsal qablaşdırılması pozulmuş halda, üzərində "L-CARNITINE" yazısı olan plastmas flakonda həb şəklində 50 ədəd tramadol adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, tramadol Azərbaycanın müvafiq qanunu ilə təsdiq olunan "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkarlanan 50 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 10 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi