Sabirabadda oğurluq edənlər Bakıda tutuldu
Bizi izləyin

Hadisə

Sabirabadda oğurluq edənlər Bakıda tutuldu

Sabirabadda yerləşən mağazadan nağd pul və danışıq konturları oğurlayan şəxslər Bakı şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan Publika.az-a verilən məlumata görə, fevralın 7-də Sabirabad rayon sakini Əvəz Muradov Sabirabad RPŞ Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edərək bir gün əvvəl ona məxsus mağazadan oğurluq olunduğu barədə məlumat verib.

Sabirabad rayonu Qaragüney polis bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kəndin ərazisində yerləşən “Elşən market” mağazasından oğurluq edən Cəbrayılrayonu Niyazqulular kənd sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Nüsrət Əmrah oğlu, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Pirqulu Vəkil oğlu və Sabirabad rayonu Qaragüney kənd sakini, 1997-ci il təvəllüdlü Nərimanov Əlisa Zəki oğlu Bakı şəhərində saxlanılıb. Bakıda kirayədə yaşayan adıçəkilən şəxslər 6 fevral tarixində gecə saatlarında supermarketin pəncərəsini sındıraraq ora daxil olublar və mağazanın anbarının ofisindən 580 manat nağd pul və 1000 manatlıq mobil danışıq konturları oğurlayıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm