Hadisə
Masallıda kriminal avtoritetin gizlətdiyi silah-sursat oğurlandı - FOTO
Masallıda evdən silah sursat oğurlayan şəxs saxlanılıb.
Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, yanvar 14-də rayonun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə həmin kənd sakini, kriminal aləmdə “Axsaq Ceyhun” kimi tanınan Ceyhun Kərimova məxsus yaşayış olmayan evə qanunsuz yolla daxil olub.
Həmin evdən bir ədəd “Kalaşnikov” tipli AKSM markalı avtomat,
bir ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası alışdırıcısı ilə
birlikdə, 1 ədəd siqnal vermək üçün nəzərdə tutulmuş tapança, 3
ədəd içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını
oğurlayaraq dayısına məxsus yaşayış olmayan evin həyətində olan
yardımçı tikilidə basdırıb.
İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı
əsasında Ceyhun Kərimova məxsus evdə aparılmış axtarış zamanı
oradan içərisində 30 ədəd 5.45 çaplı güllə olan 1 ədəd avtomat
darağı aşkar edilərək götürülüb. Hər iki şəxs saxlanılıb və
törətdikləri əməli etiraf edib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. (apa)
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO