Azərbaycanda musiqiçi intihar etdi - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda musiqiçi intihar etdi - TƏFƏRRÜAT - (YENİLƏNDİ)

Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində sirkə içərək özünü zəhərləyən və xəstəxanada vəfat edən 44 yaşlı Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, Xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış. (criminal.az)

****

Bakıda intihar olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1957-ci il təvəllüdlü Pircan Nurməmməd oğlu Həsənov sirkə turşusu içərək intihar edib. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan P. Həsənovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm