• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

İsmayıllıda avtomobil 17 yaşlı velosipedçini vurdu

İsmayıllıda avtomobil 17 yaşlı velosipedçini vurdu

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 19:00 radələrində İsmayıllı şəhərində qeydə alınıb. Ədalət Vəliyev idarə etdiyi "Chevrolet" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında velosipedlə hərəkət edən İsmayıllı şəhər sakini, 2001-ci il təvəllüdlü Hüseynov Ağamurad Firudin oğlunu vurub. Hadisə zamanı Ağamurad Hüseynov ağır kəllə-beyin travması aldığı üçün təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda koma vəziyyətində olan yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR