DİN Goranboyda 7 il əvvəl baş verən qətllə bağlı MƏLUMAT YAYDI
Bizi izləyin

Hadisə

DİN Goranboyda 7 il əvvəl baş verən qətllə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər NazirliyiGoranboyda 7 il əvvəl baş verən qətl hadisəsinin üstünün açılması barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, martın 27-də Goranboy Rayon Polis Şöbəsinə 7 il əvvəl baş vermiş qətl hadisəsi barədə məlumat daxil olub.

Araşdırmalarla 2011-ci ilin sentyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynovun yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirməsi, sonra onun meyitini qardaşı Adillə birgə həyətdəki tikilinin zirzəmisində basdırmaları müəyyən edilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin basdırıldığı, hazırda Aydın Hüseynovun yaşadığı evin zirzəmisinə baxış keçirilib. R.Hüseynovanın cəsədinin qalıqları eksqumasiya edilib.

Polis əməkdaşları tərəfindən hər iki şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm