Hadisə
Xırdalanda ŞOK OLAY: mağazaya QUMBARA ATILDI
Aprelin 1-də gecə saat 2 radələrində Xırdalan şəhərində mağazaya qumbara atılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə müraciət edib.
Dərhal Xırdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, gecə vaxtı şəhər sakini R.Kazımova məxsus mağazaya gəlmiş naməlum şəxs ondan pul və tütün məmulatı tələb edib, istədiyinə nail olmadıqda isə onu cibindən çıxardığı qumbara ilə hədələyib. Lakin mağaza sahibi müqavimət göstərdiyindən həmin şəxs qumbaranı ataraq aradan çıxıb.
“RQD-5” markalı qumbara polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Tofiq Şirinov olduğu müəyyən edilib.
Faktla bağlı Abşeron RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi