Qaynı ilə əlbir olub ərini öldürdü, meyitini ayaqyoluna atdı və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Qaynı ilə əlbir olub ərini öldürdü, meyitini ayaqyoluna atdı və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT (YENİLƏNDİ)

Qəbələ rayon Tikanlı kənd sakini Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin törətdiyi cinayətin təfərrüatları bəlli olub.

Qəbələ rayon Tikanlı bələdiyyə nümayəndəsinin Publika.az-a verdiyi məlumata görə Rəfiyevlər ailəsi 2015-ci ildən münaqişəli ailə kimi polis bölməsində qeydiyyatda olublar:

“Qəbələ rayon sakini Vüsalə Məmmədşərifova ilə Dursun Rəfiyev arasında tez-tez müxtəlif səbəblərdən söz-söhbət olurdu. Kənddə onların ailəsi demək olar ki, ad çıxarıb. Cinayətin nə zaman törədildiyini deyə bilmərəm, amma cəsəd dünən aşkarlanıb. Polisin araşdırmasına görə, Dursun Rəfiyevi həyat yoldaşı qayını ilə birlikdə qətlə yetirib. Cinayət elə öz evlərinin həyətində olub. Deyilənə görə, daş və küt alətlə başına vurub öldürüblər. Cəsədi də gizlətmək üçün həyətdə sanitar qovşağa atıblar. Dursun Rəfiyev və qardaşı elə ailəlikcə içki düşkünü olublar. Nə qızın ailəsi, nə də oğlanın ailəsi onlara müdaxilə edib. Qızın özü haqqında müsbət söz-söhbətlər deyilmir. Bəziləri deyir qaynı ilə hansısa münasibətləri olub. İndi Vüsalə və Vüsal hər ikisi nəzarətdə saxlanılır. İstintaq davam edir”.

Xatırladaq ki, ailənin 2 azyaşlı (qız, oğlan) övladı var. Uşaqlar Vüsalə Məmmədşərifovanın anasının yanında qalır.

***

Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb.

Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm