Samuxda ər arvadını döyə-döyə öldürdü - CİNAYƏT
Bizi izləyin

Hadisə

Samuxda ər arvadını döyə-döyə öldürdü - CİNAYƏT

Samuxda qətl hadisəsi törədilib.

Hadisə rayonun Kolayır kəndində baş verib.

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm