Hadisə
Rusiyada II Dünya müharibəsi zamanı həlak olmuş 6 azərbaycanlının cəsədi tapıldı
Rusiyanın Pskov şəhərində İkinci Dünya müharibəsi zamanı əsirlikdə həlak olmuş altı azərbaycanlının cəsədi tapılıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə,
“Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional
bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və Pskov
vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı
keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin
qohumlarının axtarışı ilə məşğul olur.
Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir.
Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib. “Rusiya Qadınlar
İttifaqı” təşkilatı tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinə
göndərilən məktuba əsasən onların arasında azərbaycanlılar da
var.
"Məktubda qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın
yaxınlarının tapılması məqsədilə səfirlik tərəfindən ictimaiyyətə
təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan
Respublikasının aidiyyəti qurumlarına da göndərilib. Onu da
bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların
bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal
olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə edəcəyimiz
təqdirdə, ictimaiyyətə məlumat veriləcək", - deyə səfirliyin
məlumatında bildirilib.
Siyahıda adları olan Azərbaycan sakinləri aşağıdakılardır
(ad-soyadlarda yanlışlıq ola bilər):
1913-cü il təvəllüdlü Qureyev Satar
1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini)
1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini)
1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini )
1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini)
1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf.
(apa)
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ