Şimal bölgəsindəki yanğın qismən söndürüldü: FHN helikopter göndərdi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Şimal bölgəsindəki yanğın qismən söndürüldü: FHN helikopter göndərdi - YENİLƏNDİ

Bu gün Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivində) baş vermiş yanğınlar qismən söndürülüb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, alovun yaşayış məntəqələrinə və istirahət mərkəzlərinə doğru hərəkətinin qarşısı tam alınıb.

Hazırda tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Yaşayış məntəqələri və istirahət obyektləri üçün təhlükə yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Aviasiya dəstəsinin qüvvələri tərəfindən yanğınların tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.

Publika.az xəbər verir ki, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri hazırda hadisə rayonundadır.

Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm