Bir ailənin 3 üzvü öldü, 4-ü yaralandı - Azərbaycanda DƏHŞƏTLİ QƏZA - - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bir ailənin 3 üzvü öldü, 4-ü yaralandı - Azərbaycanda DƏHŞƏTLİ QƏZA - - FOTO (YENİLƏNDİ)

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

Bakı-Qazax avtomobil yolunda BMW markalı minik avtomobilinin KamAZ markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində BMW sürücüsünün həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Səmayə Məmməd qızı, qardaşının həyat yoldaşı Əliyeva Xatirə Kamil qızı və qardaşı oğlu 2005-ci il təvəllüdlü Əlizadə Rizvan Süleyman oğlu ölüb.

Qəza nəticəsində 1975- ci il təvəllüdlü Əliyev Müşviq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşviq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşviq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşviq oğlu xəsarət alıblar.

Ölənlərdən birinin cəsədi deformasiyaya uğramış avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.

Məlumata görə, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmış.

Onların hamısının yaxın qohum olduğu bildirilir.

***

Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun , rayonun Qaraçı kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvü olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm