Bakıda ərəbin pulunu oğurladılar
Bizi izləyin

Hadisə

Bakıda ərəbin pulunu oğurladılar

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də əcnəbi vətəndaş Mohamed Abdulla Ahmed Ali Al-Alinin rayon ərazisində kirayədə yaşadığı evdən 300 dirhəm (138 manat) pul oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Rafik Cəlilov və Bakı şəhər sakini Roman Lyaxov saxlanılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm