Şamaxıda xəstə üçün çağırılan "təcili yardım" maşını qəza törətdi
Bizi izləyin

Hadisə

Şamaxıda xəstə üçün çağırılan "təcili yardım" maşını qəza törətdi

Bu gün Şamaxı rayonunun Pirqulu kəndinə gedən yolda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Kəndə xəstə yanına çağrılan "təcili yardım" maşını yüksək sürətlə hərəkətdə olarkən qaşısına çıxan minik maşını ilə toqquşub.

Qəza zamanı "təcili yardım" maşınında olan 1985-ci il təvəllüdlü həkim Əliyev Hikmət Seyidməmməd oğlu və 1954-cü il təvəllüdlü feldşer Xəlilov Zahid Hacıməmməd oğlu xəsarət alıb. Onlardan H.Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm