Kürdəmirdə BƏDBƏXT HADİSƏ: 46 yaşlı kişi ağacın altında qaldı və...
Bizi izləyin

Hadisə

Kürdəmirdə BƏDBƏXT HADİSƏ: 46 yaşlı kişi ağacın altında qaldı və...

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.

Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Mansurov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm