Piyadanı vurdu, hadisə yerindən qaçdı - Mingəçevirdə
Bizi izləyin

Hadisə

Piyadanı vurdu, hadisə yerindən qaçdı - Mingəçevirdə

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1990-cı il təvəllüdlü şəhər sakini Bayramov Camal Çingiz oğlu axşam saatlarında yolu keçən zaman onu naməlum avtomobil vurub.

Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Yoldan keçən şəxs yaralını xəstəxanaya aparıb. Orada tibbi yardım göstərilən yaralı xəsarəti yüngül olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm