Masallıda DƏHŞƏTLİ YANĞIN - 1 ölü, 2 yaralı
Bizi izləyin

Hadisə

Masallıda DƏHŞƏTLİ YANĞIN - 1 ölü, 2 yaralı

Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində bir ailənin iki üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Sənan Kərimov ağır yanıq xəsarətləri alıblar.

“Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq, bədən sətinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ci il təvəllüdlü) dünyasını dəyişib. Müseyibov Məhəmməd (2010 –cu il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü)vbədən sətinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm