• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Polisin məhkəmədə ŞOK İFADƏSİ: "Məndən 200 min manat istədilər"

  • Hadisə
  • 23 Yanvar 2019 23:00
  • 1 268 Baxış
Polisin məhkəmədə ŞOK İFADƏSİ: "Məndən 200 min manat istədilər"

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə proses başlayıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

X.Məmmədov özünü təqsirli bilməyib və bildirib ki, hadisə vaxtı sürət həddini aşmayıb: "Yolla gedirdim, qarşıdan gələn "Mercedes" markalı avtomobil qəfildən mənim yoluma çıxdı və avtomobilimi vurdu. Maşını saxlamaq imkanım yox idi. Maşın dərəyə düşdü və yanmağa başladı. Dərhal təcili tibbi yardıma zəng etmişəm. Gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng etmişəm, hadisəni demişəm. Səhər saat 4-ə kimi Abşeron Rayon Polis İdarəsində olmuşam".

X.Məmmədov deyib ki, ona qarşı irəli sürülən ittihamlar qondarmadır: "Polisdə dedilər ki, sənə köməklik etmək istəyirik, amma bilmirik necə edək. Dedim günahsızam, sürət həddi 60-70 olub. Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında bildirdi ki, şahidlərə fikir verən yoxdu, yalançı şahidlər də tapmaq olar. Məndən 200 min manat istədi, mən isə pulumun olmadığını dedim. Qayıtdı ki, bəs maşını nə ilə almısan?".

Təqsirləndirilən şəxs deyib ki, nümunəvi polis olub: "Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün, nazir məni Polis Akademiyasında oxumağa göndərib".

Proses yanvarın 30-da davam etdiriləcək.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR