DİN 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Biləsuvar rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-də saat 21 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Vəli Dəmirov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili aşırıb.

Nəticədə V.Dəmirovun sərnişinlərindən arvadı Pircəxanım, Abşeron rayon sakini Elmira Əli və paytaxt sakini Elnarə Həşimova hadisə yerində ölüb. Sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm