• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

Məleykə Əsədovaya AĞIR İTKİ

  • Hadisə
  • 3 Fevral 2019 12:58
  • 2 960 Baxış
Məleykə Əsədovaya AĞIR İTKİ

Xalq artisti Məleykə Əsədovaya ağır itki üz verib.

Publika.az xəbər verir ki, sənətçinin yeznəsi dünyasını dəyişib.

Məleykə Əsədova İnstaqram səhifəsində yazıb ki, yeznəsi xəstəlik səbəbindən vəfat edib:

"Kaş belə olmayaydı, kaş doğmalarımız bizdən ayrılmayaydı. Bu gün mənim üçün çox ağır gündür. Çox sevdiyim qardaşım, qızımın babası, bacımın yoldaşı, evimizin böyüyü Rəcəbimiz 61 yaşında rəhmətə getdi. Söz tapa bilmirəm, özümü çox pis hiss edirəm.

Elmi-tədqiqat Ağciyər İnstitutunun baş həkimi İman Rzayev və reanimasiya şöbəsinin müdiri Fikrət doktor, xəstəxananın kollektivinin göstərdikləri bütün səylərə, əziyyətə baxmayaraq, Rəcəbi ölümün pəncəsindən qurtara bilmədik. Allah onun o dünyaya getmək qismətini bu günə yazib. Gözəl Allahım, qardaşımın o dünyasını rahat et! Anam, atam dünyasını dəyişəndə həmin dəqiqə heç birinin yanında olmadım. Amma bu gün... Mənim ürək dostum, qardaşım mənimlə görüşüb getdi. Hamımızın sonu oradır. Allahın bəxş etdiyi həyatı heç kimə zərər vermədən yaşayaq. Ömür çox qısadır", - xalq artisti yazıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR