Azərbaycanda magistral yolda yük maşını belə aşdı - BÖYÜK TIXAC YARANDI - FOTOLAR
Bizi izləyin

Hadisə

Azərbaycanda magistral yolda yük maşını belə aşdı - BÖYÜK TIXAC YARANDI - FOTOLAR

Bakı-Quba magistral yolunda ağırtonajlı yük maşını aşıb.

Publika.az xəbər verir ki, yolun Quba istiqamətində olan hərəkət zolağında yük maşını sürücünün idarəetməsindən çıxaraq metal çəpərlərə çırpılıb. Nəqliyyat vasitəsi daha sonra aşaraq yolun hərəkət hissəsini tutub.

Qəza nəticəsində xoşbəxtlikdən ölən olmayıb. Magistral yolda hərəkət yarım saatdan çox dayanıb.

əraziyə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm