Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: avtomobil betona çırpıldı... - FOTO
Bizi izləyin

Hadisə

Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: avtomobil betona çırpıldı... - FOTO

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 172 kilometrliyində, Karrar kəndi ərazisində qeydə alınıb.

Bərdə şəhər sakini, 1959-cu il təvəllüdlü Rövşən Müslüm oğlu Ağayevidarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Gəncə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və maşın yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə R.Ağayev və sərnişini, 1967-ci il təvəlüdlü Gəncə şəhər sakini Həqiqət Əlihüseyn qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. R.Ağayev Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. H.Məmmədovanın vəziyyəti ağır olduğundan o, həmin xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm