Göyçayda zəncirvari qəza: xəsarət alan var - VİDEO
Bizi izləyin

Hadisə

Göyçayda zəncirvari qəza: xəsarət alan var - VİDEO

Göyçay rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç avtomobilin qəzaya uğraması nəticəsində rayonun Çayarxı kənd sakini, 1983-cü il təvəllüdlü Akif Əhmədov xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Qəza nəticəsində iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm